“Azərbaycanda da üç media orqanının Bakıda olan bütün əməkdaşları həbs olunub. Müqayisəyə gəlincə, həbsimdən əvvəl də müstəqil media “Partizan hərəkatı” dövrünü yaşayırdı, indi də. Sadəcə, onda ölkə daxilində, indi isə ölkə xaricində fəaliyyət göstərir. Əhəmiyyətli cəhəti isə odur ki, proses dayanmayıb, davam edir. Artıq iki cəbhə var: həm tərəqqi-inkişaf uğrunda cəhdlər edilir, həm də “Tərəqqi” medalı uğrunda basabas düşüb”.
Azərbaycanda Milli Mətbuat Gününün 151-ci ildönümü müstəqil media nümayəndələrinin həbsdə olduğu bir şəraitdə qeyd edildi. “Meydan TV işi” çərçivəsində həbs olunan “arqument. az” saytının baş redaktoru Şəmşad Ağa da peşə bayramını azadlıqdan məhrum edilmiş halda keçirən jurnalistlərdəndir.
Şəmşad Ağa Milli Mətbuat Günü ilə əlaqədar “Abzas Media”nın suallarını cavablandırıb. O, ölkədəki mövcud media mühitindən, “Media haqqında” Qanunun müstəqil mətbuata təsirindən, jurnalistlərin və sosial şəbəkələrdə problemlərini ictimailəşdirən vətəndaşların təzyiqlə üzləşməsindən danışıb.
Jurnalistin “Abzas Media”ya müsahibəsini oxumaq üçün: shorturl.at/MKdsN
