Categories
South Caucasus

2026-cı ilin ilk altı ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 38 cinayət işi başladıb, 13 nəfəri saxlayıb. Daha 2 axtarışda olan şəxs tutularaq aidiyyəti üzrə təhvil verilib. Bu barədə iyulun 16-da Baş İdarədə ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə məlumat verilib. Baş Prokurorluğun Mətbuat xidmətinin açıqlamasına görə, hesabat dövründə müxtəlif dövlət qurumlarına 67 təqdimat göndərilib, 34 vətəndaş və vəzifəli şəxsə isə rəsmi xəbərdarlıq edilib. Baş İdarənin İstintaq idarəsi altı ay ərzində 108 nəfər barəsində aparılan 78 cinayət işinin ibtidai istintaqını tamamlayıb. Onlardan 102 nəfərin təqsirləndirildiyi 54 cinayət işi ittiham aktı ilə baxıl


Listen to this article
2026-cı ilin ilk altı ayında Baş prokuror yanında  Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 38 cinayət işi başladıb, 13  nəfəri saxlayıb. Daha 2 axtarışda olan şəxs tutularaq aidiyyəti üzrə  təhvil verilib.

Bu barədə iyulun 16-da Baş İdarədə ilin birinci yarısının yekunlarına həsr olunan müşavirədə məlumat verilib.

Baş  Prokurorluğun Mətbuat xidmətinin açıqlamasına görə, hesabat dövründə  müxtəlif dövlət qurumlarına 67 təqdimat göndərilib, 34 vətəndaş və  vəzifəli şəxsə isə rəsmi xəbərdarlıq edilib.

Baş  İdarənin İstintaq idarəsi altı ay ərzində 108 nəfər barəsində aparılan  78 cinayət işinin ibtidai istintaqını tamamlayıb. Onlardan 102 nəfərin  təqsirləndirildiyi 54 cinayət işi ittiham aktı ilə baxılması üçün  məhkəmələrə göndərilib.

İbtidai istintaqı başa  çatdırılmış və maddi ziyanla bağlı olan cinayət işləri üzrə özgə  əmlakına vurulduğu bildirilən 3 milyon 836 min 191 manat ziyanın  ödənilməsi təmin edilib.

Xəbəri oxuyun:  shorturl.at/iq2Pw