Noyabrın 17-də elan olunan “Əmiraslan və digərləri Azərbaycana qarşı” qərarında bildirilir ki, Azərbaycan hakimiyyəti Avropa İnsan Hüquqları Konvensiyasının azadlıq və şəxsi toxunulmazlıq hüququnu təmin edən 5-ci, eləcə də dinc toplaşmaq azadlığını qoruyan 11-ci maddəsini pozub.
İş 2021 və 2022-ci illərdə Bakıda keçirilən iki etiraz aksiyasını polisin dağıtması və iştirakçıların saxlanılması ilə bağlıdır.
İdris Əmiraslan və Əziz Məmiyev 2021-ci il dekabrın 15-də Bakının Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında iştirak ediblər.
Tofiq Yaqublu isə 2022-ci il noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərlə bağlı təşkil etdiyi etiraz aksiyasına qatılıb.
Hər iki aksiyanı polis başladıqdan bir neçə dəqiqə sonra dağıdıb. İştirakçılar polis avtomobillərinə mindirilərək Səbail Rayon Polis İdarəsinin 8-ci və 39-cu polis bölmələrinə aparılıblar.
Ətraflı oxumaq üçün: abzas.info/az/2026/11/aihm-t…
