Categories
South Caucasus

Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı “Abzas Media” jurnalistlərinin həbsinin üçüncü ildönümü ərəfəsində bəyanat yayıb. Təşkilat Azərbaycanda müstəqil jurnalistikaya qarşı repressiyaların davam etdiyini bildirib, həbsdəki jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib. Noyabrın 17-də yayılan bəyanatda “Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers bildirib ki, “Abzas Media işi” üzrə həbs edilən yeddi jurnalist artıq üç ildir ailələrindən uzaqda, ağır həbsxana şəraitində saxlanılır. “Onlar Azərbaycanda müstəqil jurnalistikaya qarşı genişmiqyaslı repressiyaların ilk hədəfləri sırasında olublar. Təqiblər əsassı


Listen to this article
Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı “Abzas Media” jurnalistlərinin həbsinin üçüncü ildönümü ərəfəsində bəyanat yayıb. Təşkilat Azərbaycanda müstəqil jurnalistikaya qarşı repressiyaların davam etdiyini bildirib, həbsdəki jurnalistlərin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

Noyabrın 17-də yayılan bəyanatda “Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers bildirib ki, “Abzas Media işi” üzrə həbs edilən yeddi jurnalist artıq üç ildir ailələrindən uzaqda, ağır həbsxana şəraitində saxlanılır.

“Onlar Azərbaycanda müstəqil jurnalistikaya qarşı genişmiqyaslı repressiyaların ilk hədəfləri sırasında olublar.

Təqiblər əsassız həbslərlə bitmir. Yaxınları və vəkilləri bildirirlər ki, “Abzas Media” jurnalistlərinə, eləcə də tənqidi jurnalistika və fərqli fikirlərinə görə həbs olunan digər şəxslərə qarşı təkadamlıq kamerada saxlanılma, tibbi yardımdan məhrumetmə, döyülmə və digər pis rəftar halları artıb”, – deyə təşkilatın nümayəndəsi bildirib.

Xəbərin davamı:  abzas.info/az/2026/11/amnest…