Categories
South Caucasus

Azərbaycanda “Milliön” ödəniş terminalları vasitəsilə 500 manatdan artıq ödəniş və pul köçürməsi etmək istəyən şəxslərdən şəxsiyyətlərini rəqəmsal qaydada təsdiqləmək tələb olunur. Oxşar qayda noyabrın 16-dan “Expresspay” terminallarında da tətbiq edilir. Yeni qaydaya əsasən, “Milliön” istifadəçiləri şəxsiyyətlərini “Bir ID”, SİMA və ya “MyGov” platformaları vasitəsilə təsdiqləməlidirlər. “Bir ID” ilə təsdiqləmə “Birbank” tətbiqi üzərindən də mümkündür. Bunun üçün istifadəçi terminalda müvafiq xidməti seçərək ödəniş məbləğini daxil etməlidir. Məbləğ 500 manatı keçdikdə ekranda şəxsiyyətin təsdiqlənməsi üçün seçimlər görünəcək. İstifadəçi platformalardan birini seçdikdən sonra terminalın ekra


Listen to this article
Azərbaycanda “Milliön” ödəniş terminalları vasitəsilə 500 manatdan artıq ödəniş və pul köçürməsi etmək istəyən şəxslərdən şəxsiyyətlərini rəqəmsal qaydada təsdiqləmək tələb olunur. Oxşar qayda noyabrın 16-dan “Expresspay” terminallarında da tətbiq edilir.

Yeni qaydaya əsasən, “Milliön” istifadəçiləri şəxsiyyətlərini “Bir ID”, SİMA və ya “MyGov” platformaları vasitəsilə təsdiqləməlidirlər. “Bir ID” ilə təsdiqləmə “Birbank” tətbiqi üzərindən də mümkündür.

Bunun üçün istifadəçi terminalda müvafiq xidməti seçərək ödəniş məbləğini daxil etməlidir. Məbləğ 500 manatı keçdikdə ekranda şəxsiyyətin təsdiqlənməsi üçün seçimlər görünəcək. İstifadəçi platformalardan birini seçdikdən sonra terminalın ekranında QR-kod yaranacaq. Həmin kod mobil tətbiqlə oxudularaq şəxsiyyət təsdiqlənəcək. Yalnız bundan sonra ödənişi həyata keçirmək mümkün olacaq.

“Expresspay”ın açıqlamasına görə, yeni tələb Azərbaycan Mərkəzi Bankının göstərişinə uyğun tətbiq edilir. Şirkət bildirir ki, məqsəd nağd ödənişlərin şəffaflığını artırmaq və maliyyə əməliyyatlarının təhlükəsizliyini təmin etməkdir.

Xəbərin davamı:  abzas.info/az/2026/11/500-ma…