Categories
South Caucasus

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Səyyad Aranla parlamentin sədri Sahibə Qafarova arasında mübahisə yaranıb. “APA”nın məlumatına görə, Səyyad Aran deputatların çıxış müddətinin beş dəqiqə ilə məhdudlaşdırılmasına etiraz edib. “Mənim haqqım on dəqiqədir. Hərə bir yandan gah 5 dəqiqə, gah 3 dəqiqə deyir. Ay qardaş, danışmaq istəmirsən, danışma. Başqalarına niyə yol göstərirsən? Bu, Milli Məclisdir, danışmaqxanadır! Senatda, parlamentlərdə danışığa sərhəd qoyulmur”, – deputat bildirib. Milli Məclisin sədri Sahibə Qafarova isə parlamentin “danışmaqxana” adlandırılmasına etiraz edib və deputatı parlament etikasına riayət etməyə çağırıb. “Birincisi, Milli Məcl


Listen to this article
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Səyyad Aranla parlamentin sədri Sahibə Qafarova arasında mübahisə yaranıb.

“APA”nın məlumatına görə, Səyyad Aran deputatların çıxış müddətinin beş dəqiqə ilə məhdudlaşdırılmasına etiraz edib.

“Mənim haqqım on dəqiqədir. Hərə bir yandan gah 5 dəqiqə, gah 3 dəqiqə deyir. Ay qardaş, danışmaq istəmirsən, danışma. Başqalarına niyə yol göstərirsən? Bu, Milli Məclisdir, danışmaqxanadır! Senatda, parlamentlərdə danışığa sərhəd qoyulmur”, – deputat bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova isə parlamentin “danışmaqxana” adlandırılmasına etiraz edib və deputatı parlament etikasına riayət etməyə çağırıb.

“Birincisi, Milli Məclis “danışmaqxana” deyil. Xahiş edirəm, parlament etikasına və leksikasından istifadə edin. Bu bir. İkincisi isə təklif olundu ki, reqlament beş dəqiqə olsun. Səs çoxluğu ilə bu qəbul edildi”, – Qafarova bildirib.

Parlament sədri çıxış üçün ayrılan vaxtın zərurət yarandıqda artırıldığını da qeyd edib.

“Siz gördünüz, bundan əvvəl İlham Məmmədov cümləsini qurtarmamışdı, dedim, əlavə bir neçə dəqiqə də verilsin. Mən onu sizə də verəcəm. Siz büdcə məsələsini yenə də ittihamdan başlayırsınız. Xahiş edirəm, buyurun, nə qədər istəyirsiniz, ürəyiniz nə qədər istəyir, danışın”, – Sahibə Qafarova əlavə edib.