Categories
South Caucasus

Türkiyədə müxalif mövqeyi ilə tanınan “Sözcü TV”nin binasında polis axtarış aparıb, dörd nəfər saxlanılıb. Telekanal və “ http://sozcu.com.tr” xəbər saytına qəyyum təyin edilib. Noyabrın 17-də səhər saatlarında İstanbulda keçirilən əməliyyat zamanı polis telekanalın binasını mühasirəyə alıb, içəridə axtarış aparılıb. Saxlanılanlar arasında telekanalın İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı, keçmiş baş direktor Mustafa Asım Akgül, keçmiş maliyyə rəhbəri Yonca Yücekaleli və İsmail Öz var. İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, “Sözcü” media qrupunun sahibi Burak Akbay barəsində “terror təşkilatı yaratmaq və ya idarə etmək”, eləcə də “terror təşkilatının təbliğatını aparmaq” ittiham


Listen to this article
Türkiyədə müxalif mövqeyi ilə tanınan “Sözcü TV”nin binasında polis axtarış aparıb, dörd nəfər saxlanılıb. Telekanal və “ sozcu.com.tr” xəbər saytına qəyyum təyin edilib.

Noyabrın 17-də səhər saatlarında İstanbulda keçirilən əməliyyat zamanı polis telekanalın binasını mühasirəyə alıb, içəridə axtarış aparılıb.

Saxlanılanlar arasında telekanalın İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı, keçmiş baş direktor Mustafa Asım Akgül, keçmiş maliyyə rəhbəri Yonca Yücekaleli və İsmail Öz var.

İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, “Sözcü” media qrupunun sahibi Burak Akbay barəsində “terror təşkilatı yaratmaq və ya idarə etmək”, eləcə də “terror təşkilatının təbliğatını aparmaq” ittihamları ilə istintaq aparılır.

Prokurorluq iddia edir ki, Akbay “Sözcü” qəzeti və televiziyasını Fətullah Gülən hərəkatının göstərişləri əsasında yaradıb və təşkilatın rəhbərlərindən biri olub.

Açıqlamada “Estetik Yayıncılık” və “Mega Ajans” şirkətləri təşkilatın media strukturları kimi təqdim edilib. Prokurorluq Akbayın xaricdəki bank hesablarından bu şirkətləri maliyyələşdirdiyini və onların vasitəsilə təşkilatı idarə etdiyini iddia edir.

Məhkəmənin qərarı ilə “Mega Ajans və Reklamcılık” şirkətinə Türkiyənin Əmanətlərin Sığortalanması Fondu (TMSF) qəyyum təyin olunub. Qərar “Sözcü TV” və xəbər saytına da şamil edilib. Bundan sonra telekanalın canlı yayımı dayandırılıb.

Media qrupunun vəkili Ersan Barkın bildirib ki, əməliyyat əvvəllər məhkəmədə araşdırılmış işə əsaslanır. Onun sözlərinə görə, Türkiyənin Kassasiya Məhkəməsi həmin işdə cinayət tərkibi müəyyən etməyib. Vəkil qəyyum qərarının “Sözcü” qəzetinə şamil olunmadığını vurğulayıb.

Yeni Parti sədri Özgür Özel əməliyyata etiraz edib:

“Artıq ən kiçik tənqidə, bir həqiqətin belə eşidilməsinə dözümləri qalmayıb. Küncə sıxılıblar, bataqlığa batıblar. Buna görə də özlərindən olmayan hər kəsi, hər şeyi boğmağa çalışırlar”.

Bundan əvvəl Türkiyənin digər müxalif telekanalı “Halk TV”nin də idarəçiliyinə qəyyum təyin edilmişdi.