Categories
South Caucasus

İqtisadçı alim Qubad İbadoğlu ölkədən çıxışına qoyulan qadağanın səhhəti ilə əlaqədar götürüldüyünü və müalicə üçün Almaniyaya getdiyini bildirib. Sentyabrın 29-da səhər saatlarında Azərbaycanı tərk etdiyi bildirilən iqtisadçı bu barədə “Azadlıq” qəzetinə açıqlama verib. O, Almaniyada müayinələrdən keçəcəyini, zərurət yaranarsa, ürəyindən əməliyyat olunacağını deyib: “Müayinələr, müalicə və zərurət yaranarsa, ürəyimdə açıq tibbi əməliyyat üçün Almaniyaya gəldim”. İbadoğlu 2023-cü il iyulun 23-də həbs olunub. Ona əvvəlcə mütəşəkkil qrupun tərkibində saxta pul və ya qiymətli kağızların hazırlanması, əldə edilməsi, yaxud yayılması ittihamı irəli sürülüb. Daha sonra bu ittihama dini ekstremist m


Listen to this article
İqtisadçı alim Qubad İbadoğlu ölkədən çıxışına qoyulan qadağanın səhhəti ilə əlaqədar götürüldüyünü və müalicə üçün Almaniyaya getdiyini bildirib.

Sentyabrın 29-da səhər saatlarında Azərbaycanı tərk etdiyi bildirilən iqtisadçı bu barədə “Azadlıq” qəzetinə açıqlama verib. O, Almaniyada müayinələrdən keçəcəyini, zərurət yaranarsa, ürəyindən əməliyyat olunacağını deyib:

“Müayinələr, müalicə və zərurət yaranarsa, ürəyimdə açıq tibbi əməliyyat üçün Almaniyaya gəldim”.

İbadoğlu 2023-cü il iyulun 23-də həbs olunub. Ona əvvəlcə mütəşəkkil qrupun tərkibində saxta pul və ya qiymətli kağızların hazırlanması, əldə edilməsi, yaxud yayılması ittihamı irəli sürülüb. Daha sonra bu ittihama dini ekstremist materialların hazırlanması, saxlanması və ya yayılması da əlavə olunub.

2024-cü ilin aprelində səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılan iqtisadçı barədə qətimkan tədbiri sonradan polis nəzarətinə vermə ilə əvəzlənib. Avqustda isə onunla bağlı cinayət işi ümumi icraatdan ayrılıb.

İbadoğlu həbsdən çıxdıqdan bir müddət sonra rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinə də xitam verilib. Partiyanın İdarə Heyəti bu qərarı qurumun rəsmi qeydiyyata alınmaması ilə əsaslandırıb.