Categories
South Caucasus

Pakistanın Lahor şəhərində 20 yaşlı azərbaycanlı qadını qrup halında zorlamaqda şübhəli bilinən üç kişidən ikisi saxlanılıb. Üçüncü şübhəlinin axtarışı davam edir. Bu barədə Pakistanın “Dawn” qəzeti və “Geo News” telekanalı polisə istinadən məlumat yayıb. “Geo News”un sentyabrın 29-da yaydığı xəbərə görə, ikinci şübhəli Çiştian şəhərində saxlanılıb və dindirilmək üçün Lahora gətirilib. Bundan əvvəl polis Lahorda Möhsin adlı şəxsi tutub. Saxlanılan hər iki şübhəlinin sentyabrın 29-da məhkəmə qarşısına çıxarılmasının planlaşdırıldığı bildirilib. Polisin məlumatına görə, hadisə sentyabrın 25-dən 26-na keçən gecə baş verib. İki yerli qadın azərbaycanlı qadını kafeyə aparıb. Orada onların tanıdığ


Listen to this article
Pakistanın Lahor şəhərində 20 yaşlı azərbaycanlı qadını qrup halında zorlamaqda şübhəli bilinən üç kişidən ikisi saxlanılıb. Üçüncü şübhəlinin axtarışı davam edir. Bu barədə Pakistanın “Dawn” qəzeti və “Geo News” telekanalı polisə istinadən məlumat yayıb.

“Geo News”un sentyabrın 29-da yaydığı xəbərə görə, ikinci şübhəli Çiştian şəhərində saxlanılıb və dindirilmək üçün Lahora gətirilib. Bundan əvvəl polis Lahorda Möhsin adlı şəxsi tutub. Saxlanılan hər iki şübhəlinin sentyabrın 29-da məhkəmə qarşısına çıxarılmasının planlaşdırıldığı bildirilib.

Polisin məlumatına görə, hadisə sentyabrın 25-dən 26-na keçən gecə baş verib. İki yerli qadın azərbaycanlı qadını kafeyə aparıb. Orada onların tanıdığı üç kişi ilə görüşüblər. Qadının daha sonra Raivind yaxınlığındakı yaşayış kompleksində kirayə mənzildə həmin kişilərin təcavüzünə uğradığı bildirilir.

Polis qadına cinsi zorakılıqdan əvvəl narkotik tərkibli maddə verildiyindən şübhələnir. Şübhəlilərin hadisədən sonra onu hava limanı yaxınlığında qoyaraq qaçdığı bildirilir.

Xəbərin davamı:  shorturl.at/YUkHQ