“Azərbaycan hakimiyyəti hər nə qədər beynəlxalq çağırışları nəzərə almadığını bildirsə də, “COP-29” ərəfəsində 32 erməniəsilli diversant, əsgər və zabitin azad edilməsi, 2026-cı ilin əvvəlində “cəllad, Xocalı qatili” adlandırılan Vaqif Xaçaturyanın da daxil olduğu bir qrup Ermənistan vətəndaşının azad edilməsi, son olaraq, casusluqda ittiham edilən Fransa vətəndaşı Martin Ryanın sürpriz əfv sərəncamı ilə azad edilməsi göstərir ki, ölkə daxili və xaricindən açıq çağırışlar gəldikdə hakimiyyət gec-tez buna reaksiya verir.
Belə olan halda ABŞ və Avropa İttifaqı Azərbaycan hakimiyyətinin özünə qarşı müqaviməti əzmək üçün həbs etdiyi şəxsləri “sülh müqaviləsinə mane ola biləcək şəxslər” kimi qəbul etməməli, 300-dən çox siyasi məhbusu “sülh əsirləri” kimi qəbul etməli, Azərbaycan hakimiyyətinə siyasi motivlərlə həbs edilmiş şəxslərin azad edilməsinə açıq çağırış etməlidir. “
10 il azadlıqdan məhrum edilən ictimai fəal Bəxtiyar Hacıyev saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsindən ictimaiyyətə müraciət ünvanlayıb.
Müraciəti oxumaq üçün: shorturl.at/vkSif
