İspaniyanın “La Voz de Ibiza” nəşri Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sentyabrın 9-dan 15-dək İbiza adasında istirahət etdiyini yazıb.
Nəşrin sentyabrın 16-da yayımladığı məlumata görə, Mehriban Əliyeva İbizaya qızlarından biri ilə gedib. Onları müşavirlər və təhlükəsizlik əməkdaşlarından ibarət təxminən 30 nəfərlik heyət müşayiət edib.
“La Voz de Ibiza” Mehriban Əliyevanın və onu müşayiət edən şəxslərin adadakı “Sabina Estates” yaşayış kompleksində qaldığını yazır. Nəşrin məlumatına görə, heyət səfər zamanı “Cala Bassa” və “Casa Maca” kimi məkanlarda da olub.
Məqalədə Mehriban Əliyevanı müşayiət edən şəxsin onun qızlarından Leyla Əliyeva, yoxsa Arzu Əliyeva olduğu açıqlanmır. Nəşr həmin şəxsin dostları ilə İbizanın gecə əyləncə məkanlarına getdiyini də iddia edir. Lakin məqalədə bu məlumatın hansı mənbə əsasında təsdiqləndiyi göstərilmir.
Ətraflı oxuyun: shorturl.at/jdssT
