Categories
South Caucasus

NATO ölkələrinin liderləri Ankarada keçiriləcək sammitdə on milyardlarla dollarlıq silah sazişlərinin bağlandığını elan etməyə hazırlaşırlar. “Reuters” yazır ki, bu addım ABŞ-nin Avropanın müdafiə xərclərini artırması ilə bağlı çağırışlarının NATO ölkələri tərəfindən nəzərə alındığını göstərmək məqsədi daşıyır. Qərarlar Türkiyənin paytaxtında ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüş ərəfəsində hazırlanır. NATO-nun Baş katibi Mark Rutte bir gün əvvəl bildirib ki, Avropa ölkələri müdafiə xərclərini “nəhəng” həcmdə artırıblar. Onun sözlərinə görə, buna həm Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlamasından sonra təhlükəsizlik narahatlıqlarının kəskin artması, həm


Listen to this article
NATO ölkələrinin liderləri Ankarada keçiriləcək sammitdə on milyardlarla dollarlıq silah sazişlərinin bağlandığını elan etməyə hazırlaşırlar.

“Reuters” yazır ki, bu addım ABŞ-nin Avropanın müdafiə xərclərini artırması ilə bağlı çağırışlarının NATO ölkələri tərəfindən nəzərə alındığını göstərmək məqsədi daşıyır. Qərarlar Türkiyənin paytaxtında ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüş ərəfəsində hazırlanır.

NATO-nun Baş katibi Mark Rutte bir gün əvvəl bildirib ki, Avropa ölkələri müdafiə xərclərini “nəhəng” həcmdə artırıblar. Onun sözlərinə görə, buna həm Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlamasından sonra təhlükəsizlik narahatlıqlarının kəskin artması, həm də Tramp administrasiyasının Avropadan müdafiə sahəsində daha çox məsuliyyət götürmək tələbi təsir edib.

Xəbərin davamı:  shorturl.at/kRw2h