NATO ölkələrinin liderləri Ankarada keçiriləcək sammitdə on milyardlarla dollarlıq silah sazişlərinin bağlandığını elan etməyə hazırlaşırlar.
“Reuters” yazır ki, bu addım ABŞ-nin Avropanın müdafiə xərclərini artırması ilə bağlı çağırışlarının NATO ölkələri tərəfindən nəzərə alındığını göstərmək məqsədi daşıyır. Qərarlar Türkiyənin paytaxtında ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüş ərəfəsində hazırlanır.
NATO-nun Baş katibi Mark Rutte bir gün əvvəl bildirib ki, Avropa ölkələri müdafiə xərclərini “nəhəng” həcmdə artırıblar. Onun sözlərinə görə, buna həm Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlamasından sonra təhlükəsizlik narahatlıqlarının kəskin artması, həm də Tramp administrasiyasının Avropadan müdafiə sahəsində daha çox məsuliyyət götürmək tələbi təsir edib.
Xəbərin davamı: shorturl.at/kRw2h
