Categories
South Caucasus

2027-ci il yanvarın 1-dən Azərbaycanda ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter, noutbuk və planşetlərin sayı və növü, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. Lakin bu məlumatların konkret hansı məqsədlə istifadə ediləcəyi və onlara hansı qurumların çıxışının olacağı tam aydın deyil. Yenilik Dövlət Statistika Komitəsinin (DSK) oktyabrın 13-də qəbul etdiyi qərarda əksini tapıb. Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Yeni qaydalara əsasən, ev təsərrüfatında kompüter, noutbuk və ya planşet varsa, onların növü və sayı ayrıca göstəriləcək. Bu, mənzildəki bütün elektron cihazların qeydiyyata alınması demək deyil. Sənəddə cihazların markasının, mod


Listen to this article
2027-ci il yanvarın 1-dən Azərbaycanda ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter, noutbuk və planşetlərin sayı və növü, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. Lakin bu məlumatların konkret hansı məqsədlə istifadə ediləcəyi və onlara hansı qurumların çıxışının olacağı tam aydın deyil.

Yenilik Dövlət Statistika Komitəsinin (DSK) oktyabrın 13-də qəbul etdiyi qərarda əksini tapıb. Qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Yeni qaydalara əsasən, ev təsərrüfatında kompüter, noutbuk və ya planşet varsa, onların növü və sayı ayrıca göstəriləcək. Bu, mənzildəki bütün elektron cihazların qeydiyyata alınması demək deyil. Sənəddə cihazların markasının, modelinin, seriya nömrəsinin və ya yaddaşındakı məlumatların toplanması nəzərdə tutulmur.

Sözügedən qaydalar sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Daha ətraflı:  abzas.info/az/2026/11/azerba…