Categories
South Caucasus

Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəət vergisindən tam azad edilməsi qaydasının dəyişdirilməsi təklif olunur. Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, 2027-ci il yanvarın 1-dən fermerlər üçün uzun illərdir tətbiq olunan 100 faizlik vergi azadolması ləğv edilərək beş il müddətinə 90 faizlik güzəştlə əvəz olunacaq. Bu, kənd təsərrüfatı istehsalçılarının gəlir və ya mənfəətinin 90 faizinin vergidən azad qalması, qalan 10 faizinin isə ümumi qaydada vergiyə cəlb edilməsi deməkdir. İqtisadçı Akif Nəsirli mətbuata açıqlamasında bildirib ki, vergi azadolmasının 100 faizdən 90 faizə endirilməsi fermerlər üçün müəyyən vergi öhdəliyi yaradacaq. Lakin onun fikrincə, əsas


Listen to this article
Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəət vergisindən tam azad edilməsi qaydasının dəyişdirilməsi təklif olunur.

Vergi Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, 2027-ci il yanvarın 1-dən fermerlər üçün uzun illərdir tətbiq olunan 100 faizlik vergi azadolması ləğv edilərək beş il müddətinə 90 faizlik güzəştlə əvəz olunacaq.

Bu, kənd təsərrüfatı istehsalçılarının gəlir və ya mənfəətinin 90 faizinin vergidən azad qalması, qalan 10 faizinin isə ümumi qaydada vergiyə cəlb edilməsi deməkdir.

İqtisadçı Akif Nəsirli mətbuata açıqlamasında bildirib ki, vergi azadolmasının 100 faizdən 90 faizə endirilməsi fermerlər üçün müəyyən vergi öhdəliyi yaradacaq. Lakin onun fikrincə, əsas problem verginin məbləğindən daha çox yeni uçot və hesabat tələbləri ilə bağlıdır.

“Bu dəyişiklikdən daha çox kiçik fermerlər təsirlənə bilər”, – deyən iqtisadçı qeyd edib ki, onların bir hissəsinin mühasibatlıq və vergi hesabatlılığı sahəsində təcrübəsi, yaxud bu xidmətlərə vəsait ayırmaq imkanı yoxdur.

Ətraflı oxumaq üçün:  abzas.info/az/2026/11/azerba…