Categories
South Caucasus

Finlandiya məhkəməsi Azərbaycan vətəndaşı Vüsal Məcidovu Finlandiya körfəzində sualtı rabitə kabellərinin zədələnməsi işi üzrə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edib. Noyabrın 5-də Helsinki Dairə Məhkəməsi “Fitburg” yük gəmisinin kapitanı, Rusiya vətəndaşı Andrey Maksimenkoya isə 3 il 6 ay həbs cəzası verib. Bu barədə Finlandiyanın “Yle” ictimai yayımçısı məlumat yayıb. Məhkəmə hər iki şəxsi 2025-ci il dekabrın 31-də Finlandiya körfəzində sualtı rabitə kabellərinə qəsdən ciddi ziyan vurmaqda təqsirli bilib. İstintaq materiallarına əsasən, “Fitburg” gəmisinin lövbəri və lövbər zənciri bir neçə saat ərzində dənizin dibində təxminən 130 kilometr sürüklənib. Nəticədə iki sualtı telekommunik


Listen to this article
Finlandiya məhkəməsi Azərbaycan vətəndaşı Vüsal Məcidovu Finlandiya körfəzində sualtı rabitə kabellərinin zədələnməsi işi üzrə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edib.

Noyabrın 5-də Helsinki Dairə Məhkəməsi “Fitburg” yük gəmisinin kapitanı, Rusiya vətəndaşı Andrey Maksimenkoya isə 3 il 6 ay həbs cəzası verib.

Bu barədə Finlandiyanın “Yle” ictimai yayımçısı məlumat yayıb.

Məhkəmə hər iki şəxsi 2025-ci il dekabrın 31-də Finlandiya körfəzində sualtı rabitə kabellərinə qəsdən ciddi ziyan vurmaqda təqsirli bilib.

İstintaq materiallarına əsasən, “Fitburg” gəmisinin lövbəri və lövbər zənciri bir neçə saat ərzində dənizin dibində təxminən 130 kilometr sürüklənib. Nəticədə iki sualtı telekommunikasiya kabeli zədələnib. Daha yeddi rabitə və elektrik kabelinin, eləcə də bir qaz kəmərinin zədələnməsi təhlükəsi yaranıb.

Xəbərin davamı:  abzas.info/az/2026/11/finlan…