Categories
South Caucasus

Dünyada internet azadlığı ardıcıl olaraq 16-cı ildir ki, geriləyir. 2025-ci ilin iyunundan 2026-cı ilin mayınadək qiymətləndirilən 38 ölkədən 16-sında vəziyyət pisləşib, 8-də isə yaxşılaşıb. Bu barədə “Freedom House” beynəlxalq insan hüquqları təşkilatının oktyabrın 22-də açıqladığı “İnternetdə azadlıq 2026: Qlobal internetdə köklü dəyişikliklər” hesabatında bildirilir. Hesabatda Azərbaycanın da adı çəkilir. Təşkilat uzunmüddətli internet məhdudiyyətləri ilə bağlı təqdim etdiyi məlumatlarda 2020-ci ildə Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə zamanı ölkə üzrə internetə çıxışın 47 gün ərzində məhdudlaşdırıldığını xatırladır. Azərbaycan hakimiyyəti həmin vaxt məhdudiyyətləri Erməni


Listen to this article
Dünyada internet azadlığı ardıcıl olaraq 16-cı ildir ki, geriləyir. 2025-ci ilin iyunundan 2026-cı ilin mayınadək qiymətləndirilən 38 ölkədən 16-sında vəziyyət pisləşib, 8-də isə yaxşılaşıb.

Bu barədə “Freedom House” beynəlxalq insan hüquqları təşkilatının oktyabrın 22-də açıqladığı “İnternetdə azadlıq 2026: Qlobal internetdə köklü dəyişikliklər” hesabatında bildirilir.

Hesabatda Azərbaycanın da adı çəkilir. Təşkilat uzunmüddətli internet məhdudiyyətləri ilə bağlı təqdim etdiyi məlumatlarda 2020-ci ildə Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə zamanı ölkə üzrə internetə çıxışın 47 gün ərzində məhdudlaşdırıldığını xatırladır.

Azərbaycan hakimiyyəti həmin vaxt məhdudiyyətləri Ermənistanın törətdiyi bildirilən təxribatların və kiberinsidentlərin qarşısının alınması zərurəti ilə əsaslandırmışdı.

2020-ci il sentyabrın 27-də tətbiq edilən məhdudiyyətlər noyabrın 12-də, işğaldan azad edilmiş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla, aradan qaldırılıb.

“Freedom House”un hesabatına görə, internet azadlığının ən çox gerilədiyi ölkə İran olub. İran Çin və Myanma ilə birlikdə internet azadlığı baxımından ən pis vəziyyətdə olan ölkələr sırasına daxil edilib.

Xəbərin davamı:  abzas.info/az/2026/10/freedo…