Həbsdə olan “ Xeberman.com” saytının rəhbəri Polad Aslanovun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyü bildirilir. Oktyabrın 20-də jurnalistin həyat yoldaşı Gülmirə Aslanovaya həmin müəssisədən zəng edilərək onun orada olduğu deyilib. Halbuki 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi Polad Aslanovun hələ də həbsxanada, cəza kamerasında saxlandığını bildirib.
Bu barədə Gülmirə Aslanova “Abzas Media”ya məlumat verib.
Onun sözlərinə görə, oktyabrın 18-də cəzaçəkmə müəssisəsinə gedərək həyat yoldaşı ilə telefon danışığının bərpa olunmasını istəyib. Həmin vaxt ona jurnalistin aclıq aksiyası keçirdiyinə görə cəza kamerasına salındığı və telefon danışığına da qadağa qoyulduğu deyilib.
Lakin oktyabrın 20-də Penitensiar Xidmətin Müalicə Müəssisəsindən gələn zəng zamanı Polad Aslanovun orada olduğu bildirilib.
“Mənə dedilər ki, Polad ötən şənbədən Müalicə Müəssisəsindədir. Amma həbsxana rəisi mənə demişdi ki, o, oradadır, sadəcə, “kars”dadır. Heç bir məlumat ala bilmirəm, danışa bilmirəm”, – Gülmirə Aslanova bildirib.
Daha ətraflı oxumaq üçün: shorturl.at/ekejU
