Azərbaycanda 2025-ci ildə 2 933 nəfərə süd vəzi xərçəngi diaqnozu qoyulub.
Xəstələrin 1 355-də xəstəlik III və IV mərhələlərdə aşkarlanıb.
Bu barədə Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli “Report”un sorğusuna cavabında məlumat verib.
Onun sözlərinə görə, ötən il 707 nəfərdə süd vəzi xərçəngi profilaktik müayinələr zamanı müəyyən edilib.
“Xəstələrin 1 573-də xəstəlik I–II mərhələdə, 915-də III mərhələdə, 440-da isə IV mərhələdə müəyyən edilib”, – Azad Kərimli bildirib.
Baş həkimin açıqlamasına görə, 2025-ci ilin sonuna Azərbaycanda onkoloji xəstə kimi qeydiyyatda olan qadınların ümumi sayı 18 515 nəfər olub.
Oktyabr ayı dünyada süd vəzi xərçəngi ilə mübarizəyə həsr olunur.
