Categories
South Caucasus

Almaniyadan Azərbaycana qaytarıldıqdan sonra həbs olunan Samir Aşurovun saxlanıldığı Bakı İstintaq Təcridxanasında döyüldüyü bildirilir. Bu barədə onun yaxınları məlumat yayıblar. Onların sözlərinə görə, hadisə sentyabrın 22-də baş verib. Bildirilir ki, Aşurov təcridxana əməkdaşlarından birinə adı ilə müraciət etdikdən sonra aralarında mübahisə yaranıb. Yaxınlarının iddiasına görə, əməkdaş Aşurova “Mənə müəllim deyə müraciət etməlisən” deyib. Bundan sonra onun əllərinin arxadan qandallanaraq döyüldüyü və təhqir edildiyi bildirilir. “Samir Aşurov baş verənlərlə bağlı şikayət edəcəyini bildirib”, – yaxınları qeyd edib. Onların məlumatına görə, hadisə ilə bağlı Penitensiar Xidmətin rəhbərliyinə


Listen to this article
Almaniyadan Azərbaycana qaytarıldıqdan sonra həbs olunan Samir Aşurovun saxlanıldığı Bakı İstintaq Təcridxanasında döyüldüyü bildirilir.

Bu barədə onun yaxınları məlumat yayıblar.

Onların sözlərinə görə, hadisə sentyabrın 22-də baş verib. Bildirilir ki, Aşurov təcridxana əməkdaşlarından birinə adı ilə müraciət etdikdən sonra aralarında mübahisə yaranıb.

Yaxınlarının iddiasına görə, əməkdaş Aşurova “Mənə müəllim deyə müraciət etməlisən” deyib. Bundan sonra onun əllərinin arxadan qandallanaraq döyüldüyü və təhqir edildiyi bildirilir.

“Samir Aşurov baş verənlərlə bağlı şikayət edəcəyini bildirib”, – yaxınları qeyd edib.

Onların məlumatına görə, hadisə ilə bağlı Penitensiar Xidmətin rəhbərliyinə, Ombudsman Aparatına və prokurorluğa şikayət ərizələri göndərilib.

Davamı:  shorturl.at/YEi8t