Sentyabrın 22-də açıqlanan “Şirinova Azərbaycana qarşı” işi üzrə qərarda Məhkəmə Almaniya vətəndaşı Emma Şirinovanın mülkiyyət hüququnun, Azərbaycan vətəndaşı Dilşad Şirinovanın isə mənzilinə hörmət hüququnun pozulduğu qənaətinə gəlib.
İş Bakının Nərimanov rayonunda yerləşən 61 kvadratmetrlik mənzilin sökülməsi ilə bağlı olub. Mənzil Emma Şirinovanın mülkiyyətində olub, onun bacısı Dilşad Şirinova isə orada yaşayıb. Emma Şirinova həmin dövrdə Almaniyada yaşayıb.
2010-cu ilin dekabrında Emma Şirinovaya binanın sökülməsi ilə bağlı dövlət qurumlarına müraciət etməsi barədə məktub göndərilib. 2011-ci il aprelin 6-da Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı həmin bina da daxil olmaqla üç binanın sökülməsi və sakinlərin köçürülməsi üçün komissiya yaradıb.
Sakinlərə eyni rayonda yeni tikilmiş binada mənzillər təklif olunub. Şirinovalara 116,1 və 125,1 kvadratmetrlik təmirli mənzillər təklif edilsə də, onlar binaların vəziyyətindən narazı olduqlarını bildirərək bu təkliflərdən imtina edib və pul kompensasiyası tələb ediblər. Dövlət qurumları isə bu tələbi qəbul etməyib.
Davamı: shorturl.at/cvxlc
