Heqset bildirib ki, bu məbləğ indiyədək yaranmış hərbi xərclərin bir hissəsini və sentyabrın 30-dək gözlənilən məsrəfləri əhatə edir. Pentaqonun hesablamanı hansı göstəricilər əsasında apardığı isə açıqlanmayıb.
“Reuters” mart ayında mənbələrinə istinadən müharibənin yalnız ilk altı gününün ABŞ-yə azı 11,3 milyard dollara başa gəldiyini yazmışdı.
Müdafiə naziri və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Konqresdən 87,6 milyard dollarlıq əlavə maliyyə paketi istəyiblər. Bu vəsaitin 67 milyard dollardan çoxunun birbaşa İranla müharibəyə sərf olunması nəzərdə tutulur.
Təklifə əsasən, 46 milyard dollar sursat alınmasına və istehsal gücünün artırılmasına, 21 milyard dollar isə hərbçilərin ödənişlərinə, yanacaq xərclərinə və sıradan çıxmış texnikanın əvəzlənməsinə yönəldiləcək.
ABŞ ilə İran arasında iyulun əvvəlində pozulan atəşkəs hələ də bərpa edilməyib. Pentaqonun məlumatına görə, son həftəsonu ABŞ ordusunun itkiləri 18 nəfərə çatıb, təxminən 430 hərbçi isə yaralanıb.
İyulun 22-də ABŞ və İran qüvvələri növbəti dəfə qarşılıqlı zərbələr endiriblər.
