Categories
South Caucasus

Azərbaycanla Türkiyə arasında hicablı şagirdlərin məktəblərə buraxılmaması və Bakının İsraillə münasibətləri ətrafında mübahisələr davam edərkən Baş Prokurorluq Türkiyə vətəndaşı, jurnalist Cəlal Çiftçini beynəlxalq axtarışa verib. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu isə iki ölkə arasındakı problemlərin “ailə daxilində” müzakirə oluna biləcəyini bildirib. Baş Prokurorluğun oktyabrın 16-da yaydığı məlumata görə, Türkiyənin “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Cəlal Çiftçi Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına çağırış etməkdə ittiham olunur. Prokurorluq bildiri


Listen to this article
Azərbaycanla Türkiyə arasında hicablı şagirdlərin məktəblərə buraxılmaması və Bakının İsraillə münasibətləri ətrafında mübahisələr davam edərkən Baş Prokurorluq Türkiyə vətəndaşı, jurnalist Cəlal Çiftçini beynəlxalq axtarışa verib. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu isə iki ölkə arasındakı problemlərin “ailə daxilində” müzakirə oluna biləcəyini bildirib.

Baş Prokurorluğun oktyabrın 16-da yaydığı məlumata görə, Türkiyənin “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Cəlal Çiftçi Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun dəyişdirilməsinə və dini nifrətin qızışdırılmasına çağırış etməkdə ittiham olunur.

Prokurorluq bildirir ki, Nazirlər Kabinetinin sentyabrın 21-də məktəblərdə geyim qaydaları ilə bağlı qəbul etdiyi qərardan sonra sosial şəbəkələrdə dövlət çevrilişinə və dini nifrətə çağıran materiallar yayılıb. Qurumun iddiasına görə, bu materiallar arasında süni intellekt vasitəsilə hazırlananlar da var.

Oktyabrın 16-da Cinayət Məcəlləsinin 281.2 (hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə açıq çağırışlar), 283.2.1 (zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremizmə çağıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə cinayət işi başlanıb.

Ətraflı oxuyun:  shorturl.at/C0P5T