Categories
South Caucasus

Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşən 3500-dən çox xarici ölkə vətəndaşı müharibədə həyatını itirib. Bu barədə “BBC”nin “Mediazona” ilə birlikdə apardığı araşdırmada bildirilir. Jurnalistlər açıq mənbələr əsasında Rusiya tərəfində ölən hərbçilərin adbaad siyahısını hazırlayırlar. Araşdırmaya görə, ölən əcnəbilərdən 2304-ü Şimali Koreya hərbçisidir. “BBC”nin Koreya xidməti onların kimliyini Pxenyanda həlak olan hərbçilər üçün salınmış yeni memorialın peyk görüntülərini və fotolarını araşdıraraq müəyyənləşdirib. Daha 1285 nəfərin 40-dan çox ölkənin vətəndaşı olduğu bildirilir. Onların arasında Azərbaycan vətəndaşları da var. Siyahıda, həmçinin Özbəkistan, Tacikistan, Kuba, Nepal,


Listen to this article
Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşən 3500-dən çox xarici ölkə vətəndaşı müharibədə həyatını itirib.

Bu barədə “BBC”nin “Mediazona” ilə birlikdə apardığı araşdırmada bildirilir. Jurnalistlər açıq mənbələr əsasında Rusiya tərəfində ölən hərbçilərin adbaad siyahısını hazırlayırlar.

Araşdırmaya görə, ölən əcnəbilərdən 2304-ü Şimali Koreya hərbçisidir. “BBC”nin Koreya xidməti onların kimliyini Pxenyanda həlak olan hərbçilər üçün salınmış yeni memorialın peyk görüntülərini və fotolarını araşdıraraq müəyyənləşdirib.

Daha 1285 nəfərin 40-dan çox ölkənin vətəndaşı olduğu bildirilir. Onların arasında Azərbaycan vətəndaşları da var. Siyahıda, həmçinin Özbəkistan, Tacikistan, Kuba, Nepal, Hindistan, Şri-Lanka, Yəmən və müxtəlif Afrika ölkələrindən olan şəxslər yer alır.

Araşdırmada Rusiya ordusunda döyüşərkən ölən Azərbaycan vətəndaşlarının dəqiq sayı açıqlanmayıb.

NATO-nun məlumatına görə, hazırda Rusiya ordusunun sıralarında 44 ölkədən təxminən 24 min xarici muzdlu döyüşür. Alyansın yüksəkvəzifəli rəsmisi “BBC”nin rus xidmətinə bildirib ki, onların böyük hissəsi Afrika ölkələrindən cəlb olunub.

“BBC” və “Mediazona”nın hazırladığı siyahıda Rusiya tərəfində müharibədə ölən 233 min 33 hərbçinin adı yer alır.