Day: June 23, 2026
Söhbət Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərdən gedir.
Yeni dəyişikliklərə əsasən, sosial platformalarda qeydiyyatla bağlı yeni tələblər müəyyənləşdirilir. Layihəyə görə, 16 yaşı tamam olmamış şəxslərin sosial platformalarda fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək.
16–18 yaşlı yeniyetmələr üçün isə daha yumşaq, amma nəzarətli qeydiyyat qaydaları tətbiq olunacaq. Yaş məhdudiyyətinin şamil ediləcəyi platformaların siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum təsdiqləyəcək.
Hüquqşünas Ataxan Əbilov “Abzas Media”ya açıqlamasında deyib ki, 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açmasının qadağan edilməsi ifadə azadlığı və məlumat əldə etmək hüququ baxımından hüquqi mübahisələr yarada bilər.
Onun sözlərinə görə, qanun layihəsinin əsas zəif nöqtələrindən biri sosial şəbəkələrdən istifadə hüququnun müasir dövrdə ifadə azadlığı və məlumat əldə etmək hüququ ilə əlaqəsini nəzərə almaq məcburiyyətində olmasıdır.
Yazının davamını oxuyun: shorturl.at/9dNXv