Categories
South Caucasus

Azərbaycanın dini qurumları Yerevandakı Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsini və burada mədəni tədbir keçirilməsini pisləyiblər. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) noyabrın 11-də ayrı-ayrılıqda bəyanat yayıblar. QMİ baş verənləri “aşkar vandalizm təzahürü və təxribat” adlandırıb. Noyabrın 9-da İranın Ermənistandakı səfirliyinin Mədəniyyət Mərkəzi Göy məsciddə tədbir təşkil edib. Tədbirdə fars şairi Firdovsinin “Şahnamə” dastanının erməni dilinə yeni tərcüməsi təqdim olunub. Eyni zamanda, məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin (1897–1937) adı verilib. Gələcəkdə həmin zalda şairin büstünün q


Listen to this article
Azərbaycanın dini qurumları Yerevandakı Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsini və burada mədəni tədbir keçirilməsini pisləyiblər.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) noyabrın 11-də ayrı-ayrılıqda bəyanat yayıblar. QMİ baş verənləri “aşkar vandalizm təzahürü və təxribat” adlandırıb.

Noyabrın 9-da İranın Ermənistandakı səfirliyinin Mədəniyyət Mərkəzi Göy məsciddə tədbir təşkil edib. Tədbirdə fars şairi Firdovsinin “Şahnamə” dastanının erməni dilinə yeni tərcüməsi təqdim olunub.

Eyni zamanda, məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin (1897–1937) adı verilib. Gələcəkdə həmin zalda şairin büstünün qoyulması da planlaşdırılır.

Mərasimdə Ermənistanda səfərdə olan İranın vitse-prezidenti Həmid Purməhəmmədi də iştirak edib. O, şairin adının yazıldığı lövhənin açılışını edib.

Xəbərin davamı:  abzas.info/az/2026/11/baki-g…