Categories
South Caucasus

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsi üçün üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. İlk mərhələdə nəqliyyat və elektrik enerjisinin ötürülməsi sahələri üzrə iki qrup yaradılacaq. Bu barədə noyabrın 6-da üç ölkənin hökumətlərinin yaydığı birgə bəyanatda bildirilib. Bəyanata əsasən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov texniki planlaşdırma qruplarının fəaliyyətinə start veriblər. Bildirilib ki, bu format üç ölkənin hökumət n


Listen to this article
ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsi üçün üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. İlk mərhələdə nəqliyyat və elektrik enerjisinin ötürülməsi sahələri üzrə iki qrup yaradılacaq.

Bu barədə noyabrın 6-da üç ölkənin hökumətlərinin yaydığı birgə bəyanatda bildirilib.

Bəyanata əsasən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov texniki planlaşdırma qruplarının fəaliyyətinə start veriblər.

Bildirilib ki, bu format üç ölkənin hökumət nümayəndələrini və texniki mütəxəssislərini bir araya gətirəcək. Məqsəd regional nəqliyyat əlaqələrinin inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi və layihənin icrası zamanı ortaya çıxan texniki məsələlərin həllidir.

Xəbərin davamı:  abzas.info/az/2026/11/abs-az…