Categories
South Caucasus

Rusiyada yaşayan talış hüquqları fəalı Hafiz İsmayılovun yaxınları onun Azərbaycanda həbsindən üç həftə sonra xəbər tutduqlarını bildirirlər. Onlar ailənin bu məlumatı yaymaması üçün təhdid edildiyini də iddia edirlər. Yaxınlarının “Abzas Media”ya verdiyi məlumata görə, İsmayılovu sentyabrın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Onun həbsi barədə isə yalnız sentyabrın 27-də məlumat ala biliblər. Fəalın hazırda DTX-nin istintaq təcridxanasında saxlanıldığı bildirilir. Yaxınlarının sözlərinə görə, ona Cinayət Məcəlləsinin 283-cü – milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seç


Listen to this article
Rusiyada yaşayan talış hüquqları fəalı Hafiz İsmayılovun yaxınları onun Azərbaycanda həbsindən üç həftə sonra xəbər tutduqlarını bildirirlər. Onlar ailənin bu məlumatı yaymaması üçün təhdid edildiyini də iddia edirlər.

Yaxınlarının “Abzas Media”ya verdiyi məlumata görə, İsmayılovu sentyabrın 6-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Onun həbsi barədə isə yalnız sentyabrın 27-də məlumat ala biliblər.

Fəalın hazırda DTX-nin istintaq təcridxanasında saxlanıldığı bildirilir. Yaxınlarının sözlərinə görə, ona Cinayət Məcəlləsinin 283-cü – milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

DTX İsmayılovun həbsi ilə bağlı açıqlama verməyib.

Xəbərin davamı:
shorturl.at/q8wwj