Ermənistan Azərbaycana alüminium folqa ixrac edib. “Armenpress”in məlumatına görə, bu barədə sentyabrın 24-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında bildirib. Nazir ixrac olunan məhsulun həcmini açıqlamayıb.
Papoyandan Ermənistanın Azərbaycana başqa məhsullar da ixrac edib-etməyəcəyi soruşulub. O, suala “Görəcəyik” cavabını verib.
Bu, 2025-ci ildə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin sürətlənməsindən sonra Ermənistan tərəfinin Azərbaycana məhsul ixracı ilə bağlı açıqladığı ilk belə məlumatdır.
Avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul ixracına başlanacağını bildirmişdi.
Davamı: shorturl.at/6NoS5
