Azərbaycanda internet qiymətləri artsa da, abunəçilər xidmətin keyfiyyətinin eyni səviyyədə artmadığını deyirlər.
Ölkədə genişzolaqlı internetin ən ucuz paketlərindən biri hazırda aylıq 25 manata təklif olunur. Bunun qarşılığında abunəçiyə 100 Mbit/s sürət vəd edilir. Bəzi abonentlər bu paketdən istifadə etsələr də, sürətin bəzən 20-40 Mbit/s arasında dəyişdiyini, internetdə fasilələr yarandığını bildirirlər.
Bu arada, oktyabrın 1-dən qüvvəyə minəcək dəyişikliklə hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri də minimum 25 manata qaldırılacaq.
Beləliklə, bazarda qalan daha ucuz sabit internet paketləri də aradan qalxacaq.
Tədqiqatçı Cavid Ağa deyir ki, qiymətlər region ölkələri ilə müqayisədə yüksək olmasa da, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması interneti praktikada baha edir.
Video
