““Əkinçi”nin naşiri Həsən bəy sonralar yazırdı: “Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm, qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur (red.: zamanla) ilə əriyib deşilir, habelə söz də, ələlxüsus da doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur””.
Milli Şuranın sədri, tarixçi professor Cəmil Həsənli Azərbaycan milli mətbuatının 151-ci ildönümü münasibətilə Həsən bəy Zərdabinin həyat və fəaliyyətindən, “Əkinçi” qəzetinin yaranmasından və milli düşüncənin formalaşmasındakı rolundan yazıb.
O, Zərdabinin milli kimliyə, tərəqqiyə və azadlığa aparan yolu elmdə, ana dilində təhsildə və müstəqil mətbuatda gördüyünü qeyd edib. Cəmil Həsənli yazısında cəmi iki il nəşr olunan “Əkinçi”nin Azərbaycan cəmiyyətinin oyanışına, maariflənməsinə və milli özünüdərkinə təsirini tarixi faktlar və qəzetdə dərc edilmiş fikirlər əsasında təqdim edib.
Cəmil Həsənlinin xüsusi olaraq “Abzas Media” üçün qələmə aldığı yazını oxuyun: shorturl.at/SVSsr
