Azərbaycanda sənaye istehsalının artımı 2026-cı ilin ilk yarısında demək olar ki, dayanıb. Yanvar-iyun aylarında ölkədə 33,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə cəmi 0,1 faiz artım deməkdir.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Rəsmi rəqəmlər sənayedə artım tempinin ilin əvvəlindən tədricən zəiflədiyini göstərir. Yanvarda illik müqayisədə 2,5 faiz olan artım yanvar-may aylarında 0,2 faizə, ilin ilk yarısında isə 0,1 faizə düşüb.
Hesabat dövründə emal sənayesində 10 milyard 912,6 milyon manatlıq məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib. Bu sahədə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artım qeydə alınıb.
Ən yüksək artım avtomobil, qoşqu və yarımqoşqu istehsalında müşahidə olunub.
Xəbəri oxuyun: shorturl.at/yPqDA
