Bəyanatı BMT İnsan Hüquqları Şurasının 15 iyun–10 iyul 2026-cı il tarixlərində keçirilən 62-ci sessiyası çərçivəsində “Institute for Human Rights” təşkilatı təqdim edib. Təşkilat BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi məşvərətçi statusa malikdir.
Sənəddə “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova, “Meydan TV” jurnalistləri Xəyalə Ağayeva, Aysel Ümüdova, Aytac Tapdıq (Əhmədova) və Aynur Elgünəş (Qənbərova), frilanser jurnalist Fatimə Mövlamlı, həmçinin jurnalist və qadın hüquq müdafiəçisi Ülviyyə Əlinin (Quliyeva) işi xüsusi qeyd olunub.
Bəyanatda bu işlərin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və birləşmək azadlığı ilə bağlı 9, 14, 19 və 22-ci maddələri baxımından narahatlıq doğurduğu bildirilib.
Təşkilat hesab edir ki, bu həbslər Azərbaycanda müstəqil jurnalistikaya qarşı daha geniş təzyiq kampaniyasının tərkib hissəsi kimi görünür.
Xəbərin davamı: shorturl.at/qDGHp
