Bu barədə Ankarada keçirilən NATO sammitinin yekun bəyannaməsində bildirilib.
Sənəddə qeyd olunub ki, Ukrayna transatlantik təhlükəsizliyə töhfə verir və alyans üzvləri onun azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməsinə dəstəkdə həmrəydir.
NATO ölkələri 2027-ci ildə də Ukraynaya ən azı eyni həcmdə yardım göstərmək niyyətində olduqlarını təsdiqləyiblər.
Alyansın məlumatına görə, hazırda Kiyevə ayrılan hərbi yardımın əsas hissəsini Avropa ölkələri və Kanada maliyyələşdirir.
Sammit iştirakçıları Rusiyanı Avroatlantik təhlükəsizlik və sabitlik üçün uzunmüddətli təhdid kimi qiymətləndiriblər.
NATO liderləri həmçinin 50 milyard dollardan çox dəyərində yeni müdafiə satınalmaları elan edib, birgə silah istehsalının genişləndirilməsi və müasir hərbi texnologiyaların inkişafının sürətləndirilməsi barədə razılığa gəliblər.
Bu texnologiyalar arasında raketdən müdafiə sistemləri, pilotsuz uçuş aparatları və süni intellekt əsaslı həllər də var.
