“Meclisinfo işi” üzrə məhkəmə prosesində müdafiə tərəfinin vəsatəti qismən təmin edilib. Məhkəmə İmran Əliyevin evində aparılmış axtarış-istintaq hərəkətlərində iştirak edən polis əməkdaşları və hal şahidlərinin prosesə çağırılmasına qərar verib.
İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə növbəti iclas keçirilib. Prosesdə təqsirləndirilən şəxslər – İmran Əliyev, polis nəzarətində olan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər.
Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda əvvəlcə məhkəmə heyətində dəyişiklik olduğu elan edilib. Bildirilib ki, hakim Elnur Nuriyev Zaur Hacızadə ilə əvəzlənib. Roman Ələkbərli məhkəmə heyəti yenidən formalaşdırıldığı üçün cinayət işi üzrə məhkəmə istintaqının da yenilənməli olduğunu deyib.
Müdafiə tərəfi işə yenidən baxılmasına etiraz etməyib. Bundan sonra bu vaxtadək keçirilmiş prosessual hərəkətlər elan olunub.
Xəbərin davamı: shorturl.at/o2VQb
