“Həbsxana gündəliyinin daha bir maraqlı hissəsi Trampın seçilməsinin Azərbaycan hakimiyyətini sevindirməsidir. Necə ki, 13-cü “zon”da İlkinlə görüşən “iks” bunu siyasi məhbuslar üçün qara gün, hökumət üçünsə bayram kimi qiymətləndirmişdisə, 8 il sonra eyni reaksiyanı mən DTX müstəntiqlərindən görmüşdüm.”
15 il müddətinə azadlıqdan məhrum edilmiş tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov keçmiş siyasi məhbus İlkin Rüstəmzadənin “Qaranlığın hekayəsi” kitabını oxuduqdan sonra öz təəssüratlarını, 2013-cü ilin siyasi prosesləri ilə bağlı xatirələrini və həbsxana həyatına dair müşahidələrini bölüşüb.
Bəhruz Səmədov bununla bağlı qələmə aldığı yazısında Azərbaycanda siyasi həbslərin tarixindən, həbsxanalardakı vəziyyətdən, keçmiş və indiki dövr arasında gördüyü oxşarlıqlardan bəhs edir. O, həmçinin İlkin Rüstəmzadə və digər fəalların həbsinin özünün siyasi baxışlarının formalaşmasına təsirindən danışır.
Bəhruz Səmədovun yazısını oxumaq üçün: abzas.info/az/2026/11/bitmey…
