Categories
South Caucasus

Ermənistanda “Güclü Ermənistan” partiyasının lideri, milyarder Samvel Karapetyan barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, külli miqdarda mənimsəmə və digər maliyyə cinayətlərində ittiham olunur. “Azatutyun” radiosunun məlumatına görə, qərar noyabrın 5-də Yerevanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsində qəbul edilib. Karapetyan noyabrın 4-də evində aparılan axtarışdan sonra saxlanılıb. Ermənistan İstintaq Komitəsi iddia edir ki, Karapetyanın rəhbərliyi altında bir qrup şəxs 2016–2024-cü illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda əmlakı mənimsəmə və çirkli pulların yuyulması ilə məşğul olub. Nəticədə “Ermənistan Elektrik Şəbəkələri” QSC-yə 64,5 milyard


Listen to this article
Ermənistanda “Güclü Ermənistan” partiyasının lideri, milyarder Samvel Karapetyan barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, külli miqdarda mənimsəmə və digər maliyyə cinayətlərində ittiham olunur.

“Azatutyun” radiosunun məlumatına görə, qərar noyabrın 5-də Yerevanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsində qəbul edilib. Karapetyan noyabrın 4-də evində aparılan axtarışdan sonra saxlanılıb.

Ermənistan İstintaq Komitəsi iddia edir ki, Karapetyanın rəhbərliyi altında bir qrup şəxs 2016–2024-cü illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda əmlakı mənimsəmə və çirkli pulların yuyulması ilə məşğul olub. Nəticədə “Ermənistan Elektrik Şəbəkələri” QSC-yə 64,5 milyard dram (təxminən 179 milyon dollar) ziyan dəydiyi bildirilir.

İstintaq çərçivəsində 65 ünvanda axtarış aparılıb. Karapetyanın qardaşı oğlu, parlamentdə “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanın evində də axtarış keçirilib. Şirkətin Direktorlar Şurasının üzvü Vardan Makaryan saxlanılıb.

Ümumilikdə 36 nəfər barəsində cinayət təqibi başlanıb. Onlardan doqquzunun həbsi üçün məhkəməyə vəsatət təqdim edilib. Saxlanılanların dəqiq sayı açıqlanmayıb.

Samvel Karapetyan Rusiyada fəaliyyət göstərən “Taşir” şirkətlər qrupunun və “Rio” ticarət mərkəzləri şəbəkəsinin sahibidir. “Ermənistan Elektrik Şəbəkələri”nin səhmlərinin 70 faizi “Taşir Kapital”a, 30 faizi isə Karapetyan ailəsi ilə əlaqəli Kiprin “Liormand Holdings Limited” şirkətinə məxsusdur.

Ermənistan hökuməti daha əvvəl şirkəti dövlət nəzarətinə keçirməyə çalışıb. 2025-ci ildə Stokholm arbitrajı bu istiqamətdə addımların dayandırılması barədə müvəqqəti qərar qəbul edib. 2026-cı ilin sentyabrında isə hökumət səhmlərin kompensasiya müqabilində alınmasına dair yeni layihə hazırlayıb.

Karapetyan daha əvvəl hakimiyyətin ələ keçirilməsinə və ölkənin ərazi bütövlüyünün pozulmasına çağırışlarda da ittiham olunub. O, 2025-ci ilin iyununda həbs edilib, dekabrın 30-da ev dustaqlığına buraxılıb.

İş adamı ittihamları rədd edir və siyasi təqibə məruz qaldığını bildirir.