Categories
South Caucasus

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə keçirilən növbəti iclasda təqsirləndirilən şəxslərlə hakim arasında yenidən mübahisə yaranıb. Jurnalist Fərid İsmayılov saxlanıldığı Umbakı Penitensiar Kompleksində məhbuslara işgəncə verildiyini və aclıq aksiyası keçirən şəxslərə təzyiq göstərildiyini deyib. “Toplum TV”nin məlumatına görə, proses başlamazdan əvvəl jurnalist Fərid İsmayılov saxlanıldığı Umbakı Penitensiar Kompleksində məhbuslara münasibətdən danışıb. O, sentyabrın 27-də ictimai fəal Nicad İbrahimin müəssisə rəhbərliyinin göstərişi ilə döyüldüyünü bildirib. “Umbakı Penitensiar Kompleksində insanlıq əleyhinə cinayətlər baş verir. Sentyabrın 27-də müəssisənin rəis


Listen to this article
Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə keçirilən növbəti iclasda təqsirləndirilən şəxslərlə hakim arasında yenidən mübahisə yaranıb. Jurnalist Fərid İsmayılov saxlanıldığı Umbakı Penitensiar Kompleksində məhbuslara işgəncə verildiyini və aclıq aksiyası keçirən şəxslərə təzyiq göstərildiyini deyib.

“Toplum TV”nin məlumatına görə, proses başlamazdan əvvəl jurnalist Fərid İsmayılov saxlanıldığı Umbakı Penitensiar Kompleksində məhbuslara münasibətdən danışıb.

O, sentyabrın 27-də ictimai fəal Nicad İbrahimin müəssisə rəhbərliyinin göstərişi ilə döyüldüyünü bildirib.

“Umbakı Penitensiar Kompleksində insanlıq əleyhinə cinayətlər baş verir. Sentyabrın 27-də müəssisənin rəisi Rəşad Yusifov ictimai fəal Nicad İbrahimi öz iş otağında döydürüb. Məhbusun vəziyyətini işçilər də, digər dustaqlar da görüb. Açıb kameralara baxsınlar. Qan içində qalan məhbusu yerdə sürüyərək qanı təmizlətdiriblər”, – jurnalist deyib.

Ətraflı oxumaq üçün:  abzas.info/az/2026/11/toplum…