Bu barədə noyabrın 2-də qurumun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sentyabrın 8-də baş verən hadisə ilə bağlı aparılan istintaq çərçivəsində istirahət mərkəzini idarə edən sahibkar Ramiz Hüseynov və qurğunun qülləsini inşa edən Abasət Paşayev cinayət məsuliyyətinə cəlb olunublar.
Prokurorluğun məlumatında bildirilir ki, Ramiz Hüseynovun üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində iki nəfərin ölümünə səbəb olan səhlənkarlığa yol verməsinə dair əsaslı şübhələr müəyyən edilib.
İstintaqın versiyasına görə, Hüseynov “zipline” kanat yolu üçün nəzərdə tutulan qüllənin tikintisini bu sahədə müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə şifahi şəkildə həvalə edib. Qüllə onun rəhbərliyi və göstərişləri əsasında qanunsuz inşa olunub.
Xəbərin davamı: abzas.info/az/2026/11/bas-pr…
