Categories
South Caucasus

Həbsdə olan “ http://Xeberman.com” saytının rəhbəri, jurnalist Polad Aslanov səhhətinin ağırlaşması səbəbindən 20 gündür davam etdirdiyi aclıq aksiyasını dayandırıb. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova noyabrın 2-də sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, məktəblərdə hicabla bağlı tətbiq olunan məhdudiyyətlərə etiraz olaraq oktyabrın 12-də aclıq aksiyasına başlayan jurnalist oktyabrın 31-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində aksiyanı dayandırıb. Gülmirə Aslanova həyat yoldaşının səhhətinin ağırlaşdığını, çəkisinin 41 kiloqrama düşdüyünü bildirib. O, Polad Aslanovun sözlərini belə çatdırıb: “Çəkim 41 kq, təzyiqim 50/80 idi. Artıq su da qəbul edə bilmirdim


Listen to this article
Həbsdə olan “ Xeberman.com” saytının rəhbəri, jurnalist Polad Aslanov səhhətinin ağırlaşması səbəbindən 20 gündür davam etdirdiyi aclıq aksiyasını dayandırıb.

Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova noyabrın 2-də sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, məktəblərdə hicabla bağlı tətbiq olunan məhdudiyyətlərə etiraz olaraq oktyabrın 12-də aclıq aksiyasına başlayan jurnalist oktyabrın 31-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində aksiyanı dayandırıb.

Gülmirə Aslanova həyat yoldaşının səhhətinin ağırlaşdığını, çəkisinin 41 kiloqrama düşdüyünü bildirib.

O, Polad Aslanovun sözlərini belə çatdırıb:

“Çəkim 41 kq, təzyiqim 50/80 idi. Artıq su da qəbul edə bilmirdim. Gözlərim qaralır, qulaqlarımdan şiddətli ağrılar qalxırdı. Həkimlər hər an komaya düşəcəyimi və iflic qala biləcəyimi bildirdilər. Səhhətimdə yaranan problemlərdən dolayı aclıq aksiyasını dayandırdım. Gücüm bu qədər yetdi”.

Jurnalist həmçinin oktyabrın 12-də saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsində döyüldüyünü, üç gün sonra Müalicə Müəssisəsinə köçürülərkən üzündə və boynunda zorakılıq izlərinin olduğunu bildirib.

Onun sözlərinə görə, Müalicə Müəssisəsinin həkimləri həmin izlərin fotolarını çəkiblər.

“Oktyabrın 15-də Müalicə Müəssisəsinə etap olunan zaman üzümdə və boynumda zorakılıq, döyülmə izləri vardı, müəssisənin həkimləri şəkillərimi çəkdilər. Eyni zamanda, mənə baş çəkən Ombudsman Aparatının əməkdaşlarına oktyabrın 12-də həmin vaxt saxlanıldığım 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ramiq Nəsibovun və Teymur adlı əməkdaşın məni döydüyü barədə də məlumat verdim. Onlar da şəkillərimi çəkdilər”, – Gülmirə Aslanova həyat yoldaşına istinadən bildirib.

Ətraflı oxumaq üçün:  abzas.info/az/2026/11/polad-…