Categories
South Caucasus

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azadə Rojhan və ATƏT Parlament Assambleyasının siyasi məhbuslar üzrə xüsusi nümayəndəsi Stiv Koen Azərbaycanda Anar Məmmədli, Əli Kərimli, Ülvi Həsənli, Fərid Mehrəlizadə və Ülviyyə Əlinin işlərini ifadə azadlığına və müstəqil ictimai-siyasi fəaliyyətə təzyiqlərin göstəricisi adlandırıblar. Bu barədə onlar oktyabrın 29-da, Beynəlxalq Siyasi Məhbuslar Günü ərəfəsində yaydıqları birgə bəyanatda bildiriblər. “Azərbaycanda Anar Məmmədli və Əli Kərimlinin, eləcə də Ülvi Həsənli, Fərid Mehrəlizadə və Ülviyyə Əlinin işləri ifadə azadlığının, müstəqil ictimai və siyasi fəaliyyətin nə dərəcədə boğulduğunu göstərir”, –


Listen to this article
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Azadə Rojhan və ATƏT Parlament Assambleyasının siyasi məhbuslar üzrə xüsusi nümayəndəsi Stiv Koen Azərbaycanda Anar Məmmədli, Əli Kərimli, Ülvi Həsənli, Fərid Mehrəlizadə və Ülviyyə Əlinin işlərini ifadə azadlığına və müstəqil ictimai-siyasi fəaliyyətə təzyiqlərin göstəricisi adlandırıblar.

Bu barədə onlar oktyabrın 29-da, Beynəlxalq Siyasi Məhbuslar Günü ərəfəsində yaydıqları birgə bəyanatda bildiriblər.

“Azərbaycanda Anar Məmmədli və Əli Kərimlinin, eləcə də Ülvi Həsənli, Fərid Mehrəlizadə və Ülviyyə Əlinin işləri ifadə azadlığının, müstəqil ictimai və siyasi fəaliyyətin nə dərəcədə boğulduğunu göstərir”, – bəyanatda deyilir.

“Azadlıqdan ədalətsiz şəkildə məhrum edilənləri xatırlayırıq” adlı bəyanatda siyasi məhbusların azad edilməsinə və onların işlərinin beynəlxalq gündəmdə saxlanılmasına çağırış edilib.

Rojhan və Koen xatırladıblar ki, 1974-cü il oktyabrın 30-da Sovet İttifaqının müxtəlif yerlərində saxlanılan siyasi məhbuslar həbs şəraitinə etiraz etmək və beynəlxalq ictimaiyyətin diqqətini öz vəziyyətlərinə yönəltmək üçün birgünlük aclıq aksiyası keçiriblər. Sonradan həmin etirazın xatirəsinə Beynəlxalq Siyasi Məhbuslar Günü təsis olunub.

Ətraflı oxumaq üçün:  abzas.info/az/2026/11/aspa-v…