Hökumətyönlü medianın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi oktyabrın 22-də hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə hökm çıxarıb. Lakin qərar barədə ictimaiyyətə yalnız beş gün sonra – oktyabrın 27-də məlumat verilib.
Məhkəmə Mehdiyevi Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilib.
Ona 14 il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzanın şərti tətbiq olunmasına qərar verilib. Məhkəmə bunu Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti ilə əsaslandırıb.
Ətraflı oxumaq üçün: abzas.info/az/2026/10/dovlet…
