Categories
South Caucasus

Hesablama Palatası 14 şəhər və rayon icra hakimiyyətinin yolların əsaslı təmirinə ayırdığı vəsaitlərin xərclənməsində ciddi pozuntular aşkarlayıb. Podratçılara 1 milyon manatdan çox artıq ödəniş edildiyi, bəzi təmir işlərinə satınalma prosedurları başa çatmamış başlanıldığı və təxminən 24 milyon manatlıq yol aktivinin mühasibat uçotuna alınmadığı müəyyən olunub. Bu barədə Hesablama Palatasının 2024-2025-ci illərdə yolların əsaslı təmirinə ayrılmış dövlət vəsaitlərinin idarə edilməsi ilə bağlı apardığı analitik təhlilin nəticələrində bildirilir. Təhlil Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar və Cəlilabad rayonlarının, həmçinin Mingəçevir, Lənkəran və Şəki


Listen to this article
Hesablama Palatası 14 şəhər və rayon icra hakimiyyətinin yolların əsaslı təmirinə ayırdığı vəsaitlərin xərclənməsində ciddi pozuntular aşkarlayıb. Podratçılara 1 milyon manatdan çox artıq ödəniş edildiyi, bəzi təmir işlərinə satınalma prosedurları başa çatmamış başlanıldığı və təxminən 24 milyon manatlıq yol aktivinin mühasibat uçotuna alınmadığı müəyyən olunub.

Bu barədə Hesablama Palatasının 2024-2025-ci illərdə yolların əsaslı təmirinə ayrılmış dövlət vəsaitlərinin idarə edilməsi ilə bağlı apardığı analitik təhlilin nəticələrində bildirilir.

Təhlil Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar və Cəlilabad rayonlarının, həmçinin Mingəçevir, Lənkəran və Şəki şəhərlərinin icra hakimiyyətlərini əhatə edib.

Palatanın məlumatına görə, 6 yerli icra hakimiyyətinin həyata keçirdiyi 6 milyon 291 min 236 manatlıq təmir işlərində satınalma müqavilələri bağlandıqdan cəmi 1-2 gün, bəzi hallarda isə 4 gün sonra işlərin başa çatmasına dair aktlar rəsmiləşdirilib.

Daha ətraflı:  abzas.info/az/2026/10/icra-h…