Categories
South Caucasus

Bakı Ağır Cinayətlər Məhkəməsi oktyabrın 26-da “Meydan TV işi” üzrə həbsdə olan jurnalist, “Meydan TV”nin baş redaktoru Aynur Elgünəşin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib. Bu barədə jurnalistin vəkili Elçin Sadıqov məlumat yayıb. Vəkilin sözlərinə görə, Aynur Elgünəşin səhhəti getdikcə pisləşir və onun təcili cərrahi əməliyyata ehtiyacı var. “Təcili əməliyyata göstəriş verilsə də, xəstəxana birbaşa əməliyyata razılaşmır. Bildirir ki, əvvəl KT müayinəsindən keçirib onun nəticələrinə uyğun əməliyyat edə bilərlər. Aynur dəfələrlə əməliyyat olunduğu üçün KT müayinəsi olmadan birbaşa əməliyyat risklidir. Təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb”,


Listen to this article
Bakı Ağır Cinayətlər Məhkəməsi oktyabrın 26-da “Meydan TV işi” üzrə həbsdə olan jurnalist, “Meydan TV”nin baş redaktoru Aynur Elgünəşin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin etməyib.

Bu barədə jurnalistin vəkili Elçin Sadıqov məlumat yayıb.

Vəkilin sözlərinə görə, Aynur Elgünəşin səhhəti getdikcə pisləşir və onun təcili cərrahi əməliyyata ehtiyacı var.

“Təcili əməliyyata göstəriş verilsə də, xəstəxana birbaşa əməliyyata razılaşmır. Bildirir ki, əvvəl KT müayinəsindən keçirib onun nəticələrinə uyğun əməliyyat edə bilərlər. Aynur dəfələrlə əməliyyat olunduğu üçün KT müayinəsi olmadan birbaşa əməliyyat risklidir. Təzyiqi tez-tez dəyişir, bədənində qançırlar yaranıb”, – vəkil bildirib.

Davamı:  abzas.info/az/2026/10/mehkem…