Categories
South Caucasus

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Aztelekom”un minimum internet sürətinin və buna uyğun aylıq ödənişin artırılması barədə müraciətini rədd edib. Bu barədə informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz açıqlama verib. Onun sözlərinə görə, son aylarda daha yüksək internet sürətinə ehtiyac barədə yayılan yazı və müsahibələr növbəti qiymət artımına hazırlıq təəssüratı yaradıb. O, Agentliyin müraciətə razılıq verməməsini müsbət qiymətləndirib. Ekspert rəsmi statistikaya istinadla istifadəçilərin 90 faizdən çoxunun 100 Mbit/s sürətli paketdən yararlandığını, 200 Mbit/s və daha yüksək sürətli paketlərdən isə az sayda abonentin istifadə etdiyini bildirib. Onun fikrin


Listen to this article
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Aztelekom”un minimum internet sürətinin və buna uyğun aylıq ödənişin artırılması barədə müraciətini rədd edib.

Bu barədə informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz açıqlama verib.

Onun sözlərinə görə, son aylarda daha yüksək internet sürətinə ehtiyac barədə yayılan yazı və müsahibələr növbəti qiymət artımına hazırlıq təəssüratı yaradıb. O, Agentliyin müraciətə razılıq verməməsini müsbət qiymətləndirib.

Ekspert rəsmi statistikaya istinadla istifadəçilərin 90 faizdən çoxunun 100 Mbit/s sürətli paketdən yararlandığını, 200 Mbit/s və daha yüksək sürətli paketlərdən isə az sayda abonentin istifadə etdiyini bildirib. Onun fikrincə, bütün istifadəçilər üçün minimum sürəti və ödənişi artırmaq əvəzinə, seçim imkanı saxlanılmalıdır.

Xəbərin davamı:  abzas.info/az/2026/10/antiin…