“Özbaşına həbsdə saxlanılan “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş zəruri tibbi yardımdan uzun müddət məhrum edildikdən sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. RSF onun tibbi göstərişlər əsasında azadlığa buraxılmasını tələb edir və sağlamlığında yarana biləcək geri dönməz fəsadlara görə hakimiyyəti məsul tutur”, – təşkilatın bəyanatında deyilir.
“Meydan TV”nin vəkillərə istinadən yaydığı məlumata görə, Elgünəşin böyrəyində 18 millimetrlik daş aşkarlanıb və ona təcili əməliyyat tövsiyə edilib. Daha əvvəl daşın ölçüsünün 14 millimetr olduğu bildirilirdi.
Vəkillər jurnalistin sinəsində də şişlərin aşkarlandığını deyirlər. Onların sözlərinə görə, Elgünəşin uşaqlıq orqanında əvvəldən mövcud olan problemlərlə bağlı isə hələ müayinə aparılmayıb.
Davamı: abzas.info/az/2026/10/rsf-ay…
