Azərbaycanlı çobanın sərhədi keçərək Ermənistan ərazisinə daxil olduğu və hərbi polisin onu saxladığı bildirilir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çobanın yolunu azmış ola biləcəyini deyib. Azərbaycan Dövlət Sərhəd Xidməti məlumatı təkzib edib.
Bu barədə oktyabrın 21-də “Sputnik Armenia” nəşri Ermənistanın Berd şəhərindəki mənbələrinə istinadən məlumat yayıb.
Nəşrə danışan yerli sakinlərdən biri bildirib ki, azərbaycanlı çoban Ermənistanın Tavuş vilayətinin Çinari kəndi istiqamətindən sərhədi keçib.
İlkin məlumata görə, həmin şəxsi Ermənistanın hərbi polisi saxlayıb.
Çobanın kimliyi, hansı şəraitdə sərhədi keçdiyi və hazırda harada saxlanıldığı barədə rəsmi məlumat verilməyib.
Daha ətraflı: abzas.info/az/2026/10/azerba…
