Categories
South Caucasus

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Azərbaycanla əlaqələndirdiyi bir qrupu Yeni Kaledoniyada üsyana çağırışlar yaymaqda və Fransanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə bu ittihamları əsassız adlandıraraq Fransanı qarşıdurma ritorikasını davam etdirməkdə günahlandırıb. Barro bu barədə oktyabrın 13-də Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) təşkil etdiyi “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forum”da çıxışı zamanı danışıb. Fransa XİN-in rəsmi saytında yayımlanan çıxışa görə, nazir xarici müdaxilələrin və dezinformasiyanın demokratik ölkələr üçün ciddi təhlükəyə çevrildiy


Listen to this article
Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Azərbaycanla əlaqələndirdiyi bir qrupu Yeni Kaledoniyada üsyana çağırışlar yaymaqda və Fransanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə bu ittihamları əsassız adlandıraraq Fransanı qarşıdurma ritorikasını davam etdirməkdə günahlandırıb.

Barro bu barədə oktyabrın 13-də Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) təşkil etdiyi “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forum”da çıxışı zamanı danışıb.

Fransa XİN-in rəsmi saytında yayımlanan çıxışa görə, nazir xarici müdaxilələrin və dezinformasiyanın demokratik ölkələr üçün ciddi təhlükəyə çevrildiyini bildirib.

O, 2027-ci ildə Fransada keçiriləcək prezident seçkiləri ərəfəsində ölkəni sabitlikdən çıxarmağa yönəlmiş fəaliyyətlərin artdığını iddia edib.

Barro bu kontekstdə Azərbaycanla əlaqələndirdiyi bir qrupun fəaliyyətindən də danışıb:

“Azərbaycan qrupu Numeada konqreslər təşkil edərək dənizaşırı ərazilərdə üsyana çağırışlar səsləndirir və təxribat xarakterli konstitusiya layihələri yayır”.

Nazir çıxışında həmin qrupun adını çəkməyib və konkret olaraq hansı konstitusiya layihələrini nəzərdə tutduğunu açıqlamayıb.

Xəbərin davamı:  shorturl.at/zkZSR