“APA”nın məlumatına görə, oktyabrın 2-də hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə müdafiəçilər həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər. Məhkəmə vəsatəti təmin edib.
Qərar “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin direktoru Rəşad Daşdəmirovu, liman xidmətinin rəisi Zaur Haşımovu, briqadir Fərrux Haqverdiyevi, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubovu, postun əməkdaşları Heydər Eyvazlı və Tamerlan Axundzadəni əhatə edir.
Tütün məmulatlarının daşınması və saxlanmasını həyata keçirməkdə təqsirləndirilən Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov və Rövşən Tarverdiyev də ev dustaqlığına buraxılıblar.
Daha ətraflı oxumaq üçün: shorturl.at/545Ux
