Categories
South Caucasus

Qara dənizdə Rumıniya sahilləri yaxınlığında Türkiyə şirkətinə məxsus “Röyad Məmmədov” yük gəmisində baş verən hadisə nəticəsində iki azərbaycanlı dənizçinin həyatını itirdiyi bildirilir. Daha üç Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirilib. Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 5-də gəminin Rusiyaya məxsus iki dronun hücumuna məruz qaldığını bildirib. Rusiya tərəfi hadisəyə münasibət açıqlamayıb, Rumıniya rəsmiləri isə gəmidə yanğının hansı səbəbdən baş verdiyini hələ təsdiqləməyib. Rumıniya Daxili İşlər Nazirliyinin məlumatına görə, Sahil Mühafizəsi oktyabrın 5-də yerli vaxtla saat 11 radələrində hadisə barədə məlumat alıb. Gəmi Rumıniyanın müstəsna iqtisadi zonasında, Tulça ra


Listen to this article
Qara dənizdə Rumıniya sahilləri yaxınlığında Türkiyə şirkətinə məxsus “Röyad Məmmədov” yük gəmisində baş verən hadisə nəticəsində iki azərbaycanlı dənizçinin həyatını itirdiyi bildirilir. Daha üç Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 5-də gəminin Rusiyaya məxsus iki dronun hücumuna məruz qaldığını bildirib. Rusiya tərəfi hadisəyə münasibət açıqlamayıb, Rumıniya rəsmiləri isə gəmidə yanğının hansı səbəbdən baş verdiyini hələ təsdiqləməyib.

Rumıniya Daxili İşlər Nazirliyinin məlumatına görə, Sahil Mühafizəsi oktyabrın 5-də yerli vaxtla saat 11 radələrində hadisə barədə məlumat alıb. Gəmi Rumıniyanın müstəsna iqtisadi zonasında, Tulça rayonunun Sfantu Georghe yaşayış məntəqəsindən təxminən 55 kilometr cənubda olub.

Rumıniyanın Dəniz Administrasiyası hadisənin “Royad Mammadov” adlı gəmidə baş verdiyini açıqlayıb. “MarineTraffic” məlumat bazasına görə, ümumi yük gəmisi Sent-Kits və Nevis bayrağı altında üzür. Gəmi Ukraynanın İzmail limanından çıxaraq İtaliyaya gedirmiş.

Daha ətraflı oxumaq üçün:  shorturl.at/Ams01